12 
May
2021
10:12
445

Ağır avtomobil qəzası nəticəsində 1 nəfər dünyasını dəyişdi

Telavi Bələdiyyəsində baş verən yol qəzası ölümlə nəticələnib.

lnterPress.ge xəbər verir ki, hadisə Iğalto kəndində baş verib.

Mövcud məlumata görə, yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü sükanı çevirə bilməyib, yoldan çıxaraq ağaca çırpılıb.

Toqquşma o qədər güclü olub ki, avtomobilin sürücüsü yerindəcə dünyasını dəyişib.

Hadisə gecə saatlarında, komendant saatı zamanı baş verib.

Faktla bağlı istintaq başladılıb.

Bizimlə əlaqə saxlayın