12 
May
2021
17:43
2112

Şəhid ailələrinə yardım etmək istəyənlərin nəzərinə! Azərbaycan Diasporuna Dəstək Fondu Xeyriyyə Marafonu təşkil edir - VİDEO

Azərbaycan dövləti öz torpaqlarının bütövlüyü uğrunda şəhid olanların xatirələrini daim əziz tutur, şəhid və qazilərin ailələrinin qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir və onların problemlərinin həlli istiqamətində davamlı işlər görür. Vətən müharibəsində dünya azərbaycanlıları “dəmir yumruq” ətrafında sıx birləşərək diaspor-dövlət birliyini bir daha sübut etdi.

InterPress.ge xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondu bu birliyə güvənərək Vətən müharibəsi şəhidlərinin və yaralıların ailələrinə dəstək məqsədilə 25 may 2021-ci il tarixində Xeyriyyə Marafonu təşkil edir.

Marafon Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanacaq.

Xeyriyyə Marafonunda iştirak ailələrini bizə əmanət edən qəhrəman oğullarının ruhu qarşısında Vətənə sədaqət nümunəsidir.

Marafondan əldə edilən vəsait “Yaşat” Fonduna ianə ediləcək.

Marafon çərçivəsində ianə etmək üçün:

Azərbaycan Respublikası daxilində:

Manat hesabı: AZ78 AIIB 4006 0019 4404 2183 0102

Xaricdən göndərilən ianələr üçün:

ABŞ dolları üçün bank hesabı: AZ68 AIIB 4016 0018 4004 2183 0102

EURO hesabı: AZ48 AIIB 4016 0019 7804 2183 0102

Bizimlə əlaqə saxlayın