12 
May
2021
19:00
1594

Baş nazir Ermənistanın baş naziri ilə görüşdən sonra açıqlama verdi

"Münasibətlərimiz və dostluqlarımız əsrlər boyu davam etmişdir. Buna görə də bütün bölgədə olduğu kimi Ermənistanda da sülhün, sabitliyin, inkişafın olması maraqlıdır".

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bu barədə İrəvana rəsmi səfəri zamanı, Nikol Paşinyanla üz-üzə görüşündə bildirib.

Gürcüstan hökumətinin başçısı iki ölkə arasında çoxəsrlik dostluq tarixinin altını çəkib. Baş nazirin qeyd etdiyinə görə, üz-üzə görüşdə iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsi məsələsi də müzakirə olunub.

“Hörmətli Baş nazir, qonaqpərvərliyə görə çox sağ olun, sizinlə görüşmək mənim üçün böyük şərəfdir. Əlbətdə hər ölkəyə, hər xalqa və hər əlaqəyə təsir edən kovidpandemiyadan bəhs etdiniz. Buna baxmayaraq, əlbəttə ki, böyük şərəflə gəldim və İrəvanda sizi ziyarət etdim. Münasibətlərimiz haqqında bilirsiniz, xalqımız arasında yalnız qonşuluq münasibətləri deyil, çox yaxın dostluqlar var. Münasibətlərimiz və dostluqlarımız əsrlər boyu davam etmişdir.

Buna görə də, bütün bölgədə olduğu kimi bizi Ermənistanda da əlbəttə ki, sülhün, sabitliyin, inkişafın olması maraqlandırır. Bir çox cəhətdən mürəkkəb ola biləcək gündəmimizi də qeyd etdiniz. Ticarət və iqtisadi əlaqələrimizi, mədəni əlaqələrimizi, nəqliyyat, lojistik kimi məsələləri necə daha da inkişaf etdirəcəyimizi müzakirə etməliyik. Bu məsələlər, əlbəttə ki, regional prizmada bizi bir-birimizə daha da yaxınlaşdıracaq", - dedi İrakli Ğaribaşvili.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.

Bizimlə əlaqə saxlayın