14 
May
2021
11:58
319

İrakli Kobaxidze: "15 may mitinqinin təxirə salınacağını eşitdiyimiz zaman məğlubiyyətləri rəsmi olaraq elan edildi"

"Əvvəldən deyirdik ki, müxalifət 15 may mitinqini təxirə salmalı olacaq - süni böhran yaratmaq, parlamentin təxribatı deyilən bu döyüşü uduzduqları açıq-aşkar görünür".

InterPress.ge xəbər verir ki, "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının sədri İrakli Kobaxidze bu barədə jurnalistlərlə söhbət zamanı bildirib.

"15 may mitinqini təxirə salmalı olacaqlarını əvvəldən söyləyirdik və bu,həqiqətən belə oldu. İnsanları nə əvvəlcədən, nə də indi səfərbər etmək resursları yoxdur.

Süni böhranın yaradılması, parlamentin təxribatı deyilən bu döyüşdə məğlub olduqları açıq-aşkar görünür. Dünən, 15 may mitinqinin təxirə salınacağını eşitdiyimiz zaman məğlubiyyətləri rəsmi olaraq elan edildi", - dedi Kobaxidze.

Məlumat üçün bildirək ki, "Vahid Milli Hərəkat"ın sədri Nika Melianın sözlərinə görə, müxalifətin 15 may üçün planlaşdırdığı mitinqin keçirilməsi məqsədəuyğun deyil.

Bizimlə əlaqə saxlayın