14 
May
2021
12:07
327

Kobaxidze: “Süni böhran artıq aradan qaldırıldı”

“Süni böhran artıq aradan qaldırıldı”.

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze açıqlama verib.

Onun sözlərinə görə, əlavə olaraq parlamentə kim daxil olacaq, kim olmayacaq, bunun artıq əhəmiyyəti yoxdur.

“Əlavə olaraq kimin parlamentə daxil olub və kimin olmayacağına gəlincə, onun heç bir əhəmiyyəti yoxdur, çünki süni böhran artıq aradan qaldırıldı, bunu Şarl Mişel dedi.

Müxalifət artıq Gürcüstan parlamentində təmsil olunur, bu artıq heçnəyi dəyişmir.

Bununla birlikdə Kobaxidze, kimsə hər hansı bir cinayət törətmişsə, istintaq başladılacağını söyləyib.

“Gürcüstan hüquqi dövlətdir, kimsə ehtimal edilən bir cinayət törədibsə, təbii olaraq ona qarşı cinayət istintaqı başlanılacaq. Bu ədalətli dövlətin prinsipidir” , - dedi Kobaxidze.

Bizimlə əlaqə saxlayın