14 
May
2021
14:59
382

Natia Turnava: "Yüksək keyfiyyətli internet və fiber optik şəbəkənin mövcudluğu kəndlərimizin inkişafı üçün zəruri bir şərtdir"

"Bizim üçün güclü bölgələrə sahib olmaq və hər bir kənddə böyük şəhərlərdə olduğu kimi keyfiyyətli infrastruktura sahib olmaq vacibdir. Yüksək keyfiyyətli internet və fiber optik şəbəkənin mövcudluğu kəndlərimizin inkişafı üçün zəruri bir şərtdir".

InterPress.ge xəbər verir ki, bu haqda İqtisadiyyat Naziri Natia Turnava, Quriaya səfəri zamanı söyləyib.

Onun sözlərinə görə, universal internet layihəsi Gürcüstan ərazisindəki təxminən 1000 yaşayış punktunu əhatə edir.

"Şəhər mərkəzlərindən uzaq olan və hələ də yüksək keyfiyyətli internet bağlantısı olmayan kəndlər fiber optik, geniş zolaqlı infrastrukturlara sahib olacaqlar. Universal internetləşdirmə layihəsini həyata keçirmək çox vacibdir: ilk növbədə, vəzifəmiz şəhər və kənd yerləri arasında rəqəmsal bərabərliyi - hər yerdə yüksək keyfiyyətli internet yaratmaqdır. Bu, gənclərin inkişafı üçün son dərəcə vacibdir", - dedi Natia Turnava.

Bizimlə əlaqə saxlayın