10 
Apr
2020
13:28
659

Boçorişvili klinikasına koronavirus diaqnozu ilə üç pasiyent yerləşdirilib, onlardan biri altı yaşlı uşaqdır

"Vaxtanq Boçorişvili adına klinikaya koronavirus diaqnozu ilə, üç yeni pasiyent yerləşdirilib".

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı klinikanın nəzarət şurasının sədri Maka Sonğulaşvili verib.

Maka Sonğulaşvilinin qeyd etdiyinə görə, infeksiyaya yoluxanlardan biri Milli Bank klasterindəndir, ikisi isə, dünən Batumidə təsdiqlənən hallardır.

“Pasiyentin biri 30 yaşlı kişidir və onun vəziyyəti qənaətbəxşdir. Digərləri isə, ana-uşaqdır, 40 yaşlı qadın və altı yaşlı uşaq. Onların vəziyyətləri də qənaətbəxşdir. Qadının digər uşağı və həyat yoldaşı isə, Batumidə karantin zonasında qalırlar.

Tam olaraq, Boçorişvili klinikasında 16 pasiyent müalicə olunur, onlardan yeddisi yeniyetmədir”, – dedi Sonğulaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər