.jpg)
Vaşadze: "Gürcüstanın NATO-ya inteqrasiyasını Gürcü Arzusu dondurdu"
Gürcüstanın NATO-ya inteqrasiyasını "Gürcü Arzusu" dondurdu.
InterPress.ge xəbər verir ki, bu barədə "Ağmaşenebeli Strategiyası" nın lideri Qiorqi Vaşadze açıqlama verib.
Vaşadzenin qeyd etdiyinə görə, son 9 ildə NATO-ya inteqrasiya istiqamətində heç bir addım atılmayıb.
"Nəzərə alın ki, bu bəyanat fövqəladədir - Gürcüstanın NATO-ya inteqrasiyasını Gürcü Arzusu dondurub! NATO-ya inteqrasiyanı sürətləndirmək üçün xüsusi addım atılmır. Bu, Gürcü Arzusunun düşünülmüş siyasətidir. Niyə?, Rusiyadan qorxurlar? Başqa bir şeydən qorxurlar? Yoxsa bunu bilərəkdən edirlər? - Bilmirəm. Gürcü Arzusu son 9 ildə NATO-ya inteqrasiya prosesini dondurub"- Vaşadze.
Məlumat üçün bildirək ki,NATO Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu gün Brüsseldə baş tutacaq Sammitdə müzakirə ediləcək mövzulardan biri Gürcüstan olacaq.