17 
Okt
2026
13:15
98

ABŞ-dən avtomobil gətirəcəm deyib aldadaraq küllü miqdarda pul mənimsəyən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, şübhəli şəxs vətəndaşlara ABŞ-dən Gürcüstana avtomobillər gətirəcəyini vəd edib və onlardan göstərdiyi bank hesabına ümumilikdə 75 104 lari köçürmələrini istəyib. Lakin o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və köçürülən pulun hamısını qanunsuz olaraq mənimsəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə şübhəli bilinən şəxsi Qoridə saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın