Nika Qvaramia: Avropa İttifaqının indi etdiyi şey böyük bir səhv idi
Müxalifət liderlərindən biri Nika Qvaramia Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin ünvanına tənqidi fikirlər səsləndirib. O bildirib ki, səfirin yerində olsaydı, Avropa Günləri münasibətilə keçirilən tədbirdə rəqs etmək əvəzinə, hakim komandaya qarşı sanksiyaların tətbiqinə çalışardı.
InterPress.ge xəbər verir ki, Qvaramia Avropa İttifaqının Gürcüstanla bağlı məsələlərin müzakirəsini yanvar ayına qədər təxirə salmasını böyük səhv hesab edir. Onun fikrincə, “Gürcü Arzusu” hər hansı güzəşti zəiflik kimi qəbul edir.
“Onlar hər cür güzəşti zəiflik hesab edirlər. Avropa İttifaqının indi etdiyi böyük səhv idi. Mən onun səfirinin yerində olsaydım, Dmanisidə rəqs etmək əvəzinə, bu məsələ ilə məşğul olardım. Bunu birbaşa bu efirdən deyirəm. Onlara qarşı sanksiyaların tətbiqinin yanvar ayına qədər təxirə salınması və çox sərt qərarın qəbul edilməsinin gecikdirilməsi böyük səhv idi.
Mən viza rejiminin liberallaşdırılmasının ləğvi barədə heç nə deməmişəm. Görüləsi çoxlu iş var. Axı məsələni təxirə saldılar. Ertəsi gün Venesiya Komissiyası çox sərt rəy verdi. Bəs nə baş verdi? Avropa İttifaqı qərarı təxirə saldı, Venesiya Komissiyası öz qərarını açıqladı, üçüncü gün isə partiyaların ləğvi prosesini ardıcıl üç günə təyin etdilər”, — deyə Qvaramia “TV Pirveli”nin efirində bildirib.


