Baş infeksionist komendant saatının nə vaxt ləğv olunacağını açıqladı
"Koronavirusun yayılma dinamikası enməyə davam edərsə, gecə hərəkəti məhdudiyyəti bu ay qaldırılacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze bəyan edib.
“Hökümət və Səhiyyə Nazirliyi iqtisadi tənəzzül, gəlirlərin azalması ilə müşayiət olunan bu qədər məhdudiyyətlərdən bezmiş əhalinin sifarişini və əhval-ruhiyyəsini nəzərə aldı. İnsanlar normal həyat, idman və mədəni tədbirlər üçün darıxdı, buna görə də məhdudiyyətlər azalır. İndi yalnız məhdudiyyət komendant saatıdır və o da qısamüddətlidir. Onun qaldırılması da nəzərdən keçirilir. Bu müəyyən dərəcədə cari sabit vəziyyətin dinamikasından asılıdır. Epidemioloji dinamika buna imkan verərsə, bu ay qaldırılması gözlənilir. Dinamika artsa, yüngülləşdirə bilməyəcəyik. Ümid edirəm ki, bu eniş tendensiyası davam edəcək və belə bir vəziyyətdə, komendant saatı, yeganə məhdudiyyət aradan qaldırılacaq", - dedi Tenqiz Çerçvadze.
Onun sözlərinə görə, koronavirusun dünya miqyasında yayılması baxımından vəziyyət hələ sabit deyil.
"Realist olmalıyıq. Dünyada baş verənlərə nəzər yetirək. Peyvəndləmənin daha geniş keçirildiyi ölkələrdə belə, azalmadan sonra artım müşahidə olunur. Məsələn, İngiltərədə, Böyük Britaniyada, Braziliyada, Uruqvayda, Rusiyada. Dünyada vəziyyət hələ sabit deyil", - qeyd edib Çerçvadze.
Onun sözlərinə görə, açıq məkanda maska taxmaq məcburiyyətinin aradan qaldırılması məsələsi də nəzərdən keçirilir.
"Maska istifadə etməkdən imtina etməyə tələsməyi məsləhət görməzdim, çünki bu bizi infeksiyadan qoruyan və çox güclü olan yeganə tənzimləmədir. Keçən ay bizə göstərdi ki, maska taxanlar praktiki olaraq infeksiyaya yoluxmadı. Maskanın götürülməsi də düşünülür, ancaq açıq məkanda. Şəxsən mən açıq yerdə maska taxma ehtiyacının aradan qaldırılmasının tərəfdarıyam, nəinki qapalı məkanda. Hələ də qapalı məkanda maskadan istifadə etmək lazımdır”, - dedi Tenqiz Çerçvadze.


