24 
Apr
2020
00:03
5498

Marneuli meri Zaur Darğallı bu gün Marneulidə gedən proseslərlə bağlı açıqlama verdi

"Bu gün Marneulidə 10-a yaxın kənddən 200 ton ərzaq məhsulu çıxarıldı".

Bu barədə InterPress.ge-yə müsahibəsi zamanı Marneuli meri Zaur Darğallı bildirib.

Darğallı bu prosesin maksimum şəkildə davam etdiriləcəyini bildirib.

"Bu proses maksimum şəkildə əhaliyə kömək üçün davam etdiriləcək. Bu gün bizim məqsədimiz aylarıdır əziyyət çəkən kəndçimizin yanında durmaqdır. Ölkəmizdə və dünyada yaranmış vəziyyətə baxmayaraq oların məhsulunu satılmasını təmin etmək borcumuzdur", - deyə Zaur Darğallı bildirdi.

İcra başçısı ölkəmizdə yaranmış vəziyyətə baxmayaraq sakinlərin məhsullarını satmağa kömək etməyə borclu olduğunu bildirib.

"Bilirsiz ki, ölkəmizdə böyük bazarlar, resdoranlar, kafelər, otellər, şadlıq sarayları və digər müxtəlif obyektlər hazırda bağlanıb. Bundan başqa turistlərin gediş gəlişi dayanıb, buna baxmayaraq biz kəndlimizin qoyduğu əməyi itirməmək üçün əlmizdən gələni edirik. Biz bilirik ki, onların kreditləri və borcları var. Bunun üçündə bizim borcumuzdur ki, onların məhsullarını satılmağını təmin edək", - deyə Marneuli meri bildirdi.

O, qeyd etdi ki, bu gün şirkətin özü çıxardıqı tərəvəzlərdən başqa, yerli sakinlərə imkan yaradıldı özləri yük maşınları ilə Tbilisiyə ambarlara aparsınlar.

"Bu gün şirkətin özü apardığından başqa biz yerli əhaliyə imkan yaratdıq ki, öz yük maşınları ilə Tbilisiyə aparsın və ambarlara təfil versinlər. Biz sakinlərə hər gün imkan yaradacağıq ki, bu gün olduğu kimi, sakinlər özləri yük maşınları ilə Tbilisiyə aparıb ambarlara təfil versinlər. Bununla yanaşı şirkətin yük maşınlarıda Marneuliyə gələcək və malları alacaq", - Marneuli meri bildirdi

Marneuli merinin qeyd etdiyinə görə, bu gün bu kəndlərdən 200 ton tərəvəz məhsulu çıxarılıb.

"Marneulinin Ağməmədli, Qasımlı, Ulaşlı, Betarafçı, Təkəli, Qaçağan, Aşağı Saral, Qırxılı, Aşağı Qullar və İmir kəndlərindən 200 ton ərzaq məhsulu çıxarıldı. Bu kəndlərdən əsasən çıxan məhsul xiyar tərəvəzidir və buraya kələm, kartof və digər məhsullarda daxildir. Hazırda əhalinin əlində ən çox olan malı maksimum şəkildə satmağlarını təmin edirik.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər