20 
Iyl
2021
14:55
1527

Gürcüstanda iyul ayının 24-dək olan hava proqnozu açıqlandı - Sinoptiklər xəbərdarlıq edir

İyulun 21-də günün sonundan 24-dək Gürcüstanda vaxtaşırı yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı və güclü qərb küləyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.

Məlumata görə, gözlənilən güclü yağışlar Gürcüstanın kiçik çaylarında daşqınlara və ölkənin dağlıq ərazilərində torpaq sürüşmələrinin yaranmasına-aktivləşməsinə səbəb ola bilər.

Bizimlə əlaqə saxlayın