26 
Apr
2020
21:12
4094

Məhdudiyyətlərin ləğvi ilə bağlı InterPress.ge-yə ünvanlanan suallara CAVAB

Hökumətin qərarı ilə 27 və 28 aprel tarixlərində dörd şəhərə (Tbilisi, Batumi, Kutaisi, Rustavi) giriş və çıxış qadağası ləğv ediləcək.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir Qiorqi Qaxaria məlumat verib.

Qeyd olunur ki, bu Pasxa tətillərində kəndlərə və digər rayonlara gedib yol bağlandıqdan sonra evinə dönə bilməyənlər üçün edilir.

Baş Nazir qeyd etdiyinə görə, bu sadəcə qeydiyyat olduğu şəhərlər və ya iş yerlərinə qayıtmaq istəyən vətəndaşlarmıza şamil olunur. İki günlük müddət dolduğdan sonra, şəhərlərin girişi-çıxışı bağlanacaq və şəhərlər arası avtomobillərin hərəkətinə tədbiq edilən məhdudiyyətlər bərpa ediləcəkdir.

Xatırladaq ki, Aprelin 27-dən ölkəmizdə avtomobil hərəkətinə tədbiq edilən qadağa ləğv olunur. Avtomobillər şəhər daxilində hərəkətinə və bağlı olmayan şəhərlərə səyahət etmələrinə heç bir qadağa olmayacaq. Avtomobildə sürücü ilə birgə 3 nəfərdən artıq insan qadağa olunur. İki nəfər sərnişin arxa oturacaqlarda olmalıdır.

Qeyd edək ki, iki günlük şəhərlər arası səyahətə Marneuli və Bolnisiyə şamil olunmur. Sözü gedən rayonlarda sərt karantin rejimi olduğu üçün rayonları tərk etmək qadağan olunub. Həmçinin qeyd edək ki, Marneuli və Bolnisiyə qonağ gəlib bu rayonlarda qalanlar öz evlərinə dönə bilərlər. Bunun üçün şəhər meryasına müraciət edilməlidir. Rayonlardan çıxan şəxslər 14 gün karantinə alınacaqalar. Karantin müddəti qurtardıqdan sonra evlərinə göndəriləcəklər.

Vətəndaşların sıx-sıx sual verdikləri mövzulardan biridə aprelin 27-dən sonra komendant saatı ləğv olunacaqmı? Komendant saatının ləğvi hələki nəzərdə tutulmayıb.

Aprelin 27-dən icazə verilir:

  • Yüngül nəqliyyat vasitələri ilə səyahətə tam icazə veriləcək.
  • Onlayn ticarətə tam icazə veriləcək.
  • Topdan və pərakəndə satış, istənilən məhsul üçün çatdırılma xidmətinə icazə veriləcək.
  • Açıq tipli aqrar bazarların fəaliyyətinə icazə veriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər