26 
Iyl
2021
13:51
346

İrakli Ğaribaşvili: "Büdcəmizi bir milyarddan çox artırmağı da bacardıq"


"İlk 6 ayda 12% iqtisadi böyüməyimiz var, bu da bu il bir lari borc almamağımıza imkan verdi".

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumət iclasında qeyd edib.

Baş nazirin sözlərinə görə, bu, hökumətə büdcəni milyarddan çox artırmağa imkan verdi.

"Hər şeyi açdıq. Artıq bir neçə aydır ki, iqtisadiyyat çox sürətlə inkişaf edir. Bütün dünyada misilsiz böyüməmiz var. Aprel ayında 45%, may ayında 25%, ​​iyun ayında 18% gözləyirik. İlk 6 ayda 12% artım var ki, bu da bir lari və ya bir tetri kredit götürməməyimizə imkan verdi. Üstəlik büdcəmizi bir milyarddan çox artırmağı da bacardıq. Cənab Maliyyə Naziri artıq düzəliş edilmiş bir büdcə təqdim etdi. Bu, əhalimiz üçün bir sıra proqramları maliyyələşdirməyə imkan verdi", - deyə İrakli Ğaribaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın