27 
Apr
2020
17:33
1678

Son 24 saat ərzində 100-dən çox vətəndaş cərimələndi - VİDEO

Son 24 saat ərzində, polis tərəfindən həyata keçirilən monitorinq nəticəsində fövqəladə vəziyyət rejiminin pozulmasının 115 faktı aşkar edildi.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Bununla yanaşı, polis 26 aprel saat 21-dən 27 aprel saat 6-a qədər komendant saatının pozulması faktı üzrə, bütün ölkə miqyası ilə 68 vətəndaşı cərimələdi.

“Bundan başqa Daxili İşlər Nazirliyi əməkdaşları, üçdən artıq insanın toplaşması və iki metrlik məsafənin müdafiə olunmaması üçün 23 insanı cərimələyib.

Hüquqmühafizəçilər avtomobillə hərəkət etmə faktı üzrə daha 23 insanı cərimələdilər.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edir ki, fövqəladə vəziyyət çərçivəsində müəyyən edilmiş məhdudiyyətləri müdafiə etsinlər, əks təqdirdə qanun ilə müəyyən edilmiş tədbirlər görüləcək.

Gürcüstan ərazisində olan bütün şəxs borcludur ki, fövqəladə rejimi müdafiə etsin və Gürcüstanda olan qanunvericilik tələblərinə tabe olsun.

Fövqəladə vəziyyət rejiminin pozulması inzibati məsuliyyətə cəlb olunmanı əmələ gətirir – fizi şəxs 3 000 lari, hüquqi şəxs isə, 15 min lari ilə cərimələnəcək”, – DİN-dən bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər