28 
Iyl
2021
15:58
2836

Gürcüstanda bu tarixdən məcburi hərbi xidmətə çağırış başlayır

Vətəndaşların məcburi hərbi xidmətə payız çağırışı 2 avqust 2021-ci il tarixində başlayacaq və 25 dekabr 2021-ci il tarixinədək davam edəcək.

InterPress.ge xəbər verir ki, müvafiq qərar ölkənin Baş naziri İrakli Ğaribaşvilinin imzaladığı qanunvericilik heraldında bu gün dərc edilib.

Qərara əsasən, Gürcüstan Müdafiə Nazirliyinin tələbi ilə Gürcüstan Müdafiə Qüvvələrinə çağırılacaq vətəndaşların maksimum sayı 1400, Xüsusi Penitensiar Xidmətə çağırılanların sayı isə - 684 olaraq təyin edilib. Daxili İşlər Nazirliyinin tələbinə əsasən, Nazirlikdə 1395, Xüsusi Dövlət Mühafizə Xidmətində 200 vətəndaş məcburi hərbi xidmət keçəcək.

Məcburi hərbi xidmətə çağırılan vətəndaşlar 18-27 yaş aralığında olur və Gürcüstan qanunvericiliyinə uyğun olaraq hərbi xidmətdən möhlət və ya hərbi xidmətdən azad olunma tələb etmək hüquqları yoxdur.

Bizimlə əlaqə saxlayın