02 
Avq
2021
14:46
410

MSK-ya yeni sədr seçildi

Altı ay ərzində Qiorqi Kalandarişvili Mərkəzi Seçki Komissiyasına rəhbərlik edəcək.

InterPress.ge məlumat verir ki, bu gün Gürcüstan parlamentinin növbədənkənar iclasında MSK sədrliyinə və üzvlüyünə namizədlər üçün səsvermə keçirilib.

Belə ki, Qiorqi Kalandarişvilinin namizədliyini 83 millət vəkili dəstəkləyib, üçü isə əleyhinə səs verib.

Bununla yanaşı, deputatların qərarına əsasən, Qia Tsatsaşvili və Maia Zaridze MSK-nın üzv oldu.

Namizədlərə artıq dördüncü dəfə səs verildi .Onların təsdiqlənməsi üçün parlament üzvləri siyahısı tərkibinin əksəriyyətinin, 76 millət vəkilinin dəstəyinə ehtiyyac var idi.

Qeyd edək ki, Parlament dörd dəfə namizədlərə səs vermək hüququna malikdir. MSK sədrini 5 illik müddətə seçmək üçün ilk səsvermədə millət vəkillərinin 2/3 hissəsinin dəstəyinə, yəni 100 səsə ehtiyyac var idi. Səslərin kifayət qədər olmaması səbəbindən yenidən səsvermənin vaxtı dəyişdirildi və burada 100 səsin səfərbər edilməsi zəruri idi . İkinci səsvermədə kifayət qədər səs toplana bilmədi. Lazım olan 100 səs iki dəfə alınmadıqdan sonra, üçüncü səsvermə təyin olundu, üçüncü səsvermədə 90 səslə namizədi seçmək mümkün idi. Lakin yenə də kifayət qədər səs toplanmadı. Müvafiq olaraq, namizədlərin təyinatı siyahının əksəriyyəti ilə həyata keçirildi , lakin beş il müddətində deyil , altı ay müddətinə seçildilər .Daha sonra namizədlərin seçilməsi prosesi yenidən keçiriləcək.

Bizimlə əlaqə saxlayın