28 
Apr
2020
13:58
1138

Gürcüstanda iki evdə yanğın baş verdi - VİDEO

Tbilisinin Nadzaladevi rayonunda, Qardaşlıq küçəsində yanğınsöndürənlər iki evdə çıxan yanğını dərhal söndürüblər.

InterPress.ge xəbər verir ki, bu barədə Rustavi 2 telekanalı məlumat yayıb.

Yanğın 500 kvadratmetr ərazini əhatə edib. Yeddi yanğınsöndürmə briqadası, eyni zamanda təcili yardım dəstəsi hadisə yerinə səfərbər edilib.

Məlumata görə, əvvəlcə evlərdən birində yanğın baş verib, daha sonra yanğın ikinci evə keçib. Yanğın nəticəsində heç kim zərər görmədiyi və hamının evdən çıxmağı bacardığı bildirilir.

"Heç kim zərər görmədi. Rayon rəhbərliyi öz imkanları daxilində yanğın qurbanlarına yardım göstərməyi düşünür" dedi Nadzaladevi rayon administrasiyası rəhbərinin müavini Bejan Xutsişvili.

Artıq yanğın söndürülüb. Yanğının səbəbləri müəyyən edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər