06 
Avq
2021
09:53
1919

Bu ölkə Gürcüstan vətəndaşları üçün ölkəyə giriş qaydalarını dəyişdi

Hollandiya Gürcüstana infeksiyaya görə "çox yüksək riskli ölkə" statusu verib.

InterPress.ge xəbər verir ki, buna görə Gürcüstan vətəndaşları üçün Hollandiyaya səyahət qaydaları dəyişir.

Ancaq Hollandiya hələ Gürcüstana qırmızı kod verməyib.

"Avqustun 8-dən etibarən, Gürcüstandan turizm məqsədi ilə Hollandiyaya gələn bütün səyahətçilər, son 72 saatda keçirilmiş kovid-19 PCR testinin mənfi cavabı (tam peyvənd + PCR testi) və tam peyvənd sertifikatı təqdim etməlidirlər.

Əlavə olaraq, Gürcüstandan Hollandiyaya gedən sərnişinlərə məcburi 10 günlük təcrid / karantin tətbiq ediləcək ki, bu da aşılanmış sərnişinlər də daxil olmaqla hamıya aid olacaq. İzolyasiyada olan sərnişin 5 -ci gün testdən keçə bilər və mənfi cavab olarsa, təcridxananı tərk edə bilər", - Gürcüstanın Hollandiyadakı Səfirliyinin məlumatında qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər