29 
Apr
2020
14:48
2142

Kvemo Kartilidə qəza baş verdi: Toqquşma nəticəsində mikroavtobus aşdı - VİDEO

Rustavinin 19-cu mikrorayonun kəsişməsində "Mersedes" və "Ford" mikroavtobusları bir-biri ilə toqquşub.

InterPress.ge İmfoRustavi-yə istinadən xəbər verir ki, toqquşma nəticəsində mikroavtobuslardan biri aşıb.

Təcili yardım və patrul polis qrupları hadisə yerinə səfərbər edilib.

Qəza nəticəsində bir nəfər yaralanıb. Yaralanan şəxs Rustavidəki klinikaya köçürülüb.

Mövcud məlumata görə, xəstənin sağlamlıq vəziyyəti sabitdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər