Azərbaycan Gürcüstanın Kaxeti bölgəsinə humanitar yardım edib - FOTO
Azərbaycanın Gürcüstandakı Səfirliyi Kaxeti bölgəsində yaşayan aztəminatlı ailələrə humanitar yardım edib.
InterPress.ge xəbər verir ki, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə reallaşan kampaniya çərçivəsində Kaxeti bölgəsində yaşayan aztəminatlı ailələrə ərzaq paketləri çatdırılıb.
Səfir Dursun Həsənov 200 ərzaq paketini Kaxeti Regional Administrasiyasına təhvil verib. Kaxeti bölgəsindən olan dövlət nümayəndəsi İrakli Kadaqişvili humanitar dəstək üçün səfir Dursun Həsənova və Azərbaycan xalqına təşəkkür edib.
Qeyd edək ki, yardım kampaniyası daha əvvəl Tbilisi, Marneuli, Bolnisi və Rustavi rayonlarında da keçirilib. Ümumi dəyəri 100 min lari olduğu bildirilən kampaniya çərçivəsində 1000 ailəyə yardım edilməsi planlaşdırılıb.


