Baş nazir: "Önümüzdəki illərdə bütün bölgələrin inkişafı üçün 32 milyard xərclənəcək"
"Bütün bələdiyyələrdə Avropa tipli mərkəzlərin yaradılmasını istəyirəm. İnfrastruktur və regional inkişafa gəlincə, önümüzdəki illərdə bütün bölgələrin inkişafı üçün 32 milyard xərclənəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili "Gürcü Arzusu"nun Ğvareli merliyinə namizədi Qivi Zautaşvilinin təqdimatındakı çıxışı zamanı bildirib.
Hökumət başçısının sözlərinə görə, addım-addım hər bir şəhər və bələdiyyə Avropa tipli, Avropa səviyyəli şəhər və bələdiyyələrə çevrilməlidir.
"Rikoti istiqamətində səyahət etsəniz, görərsiniz ki, genişmiqyaslı, hətta əsrin layihəsi həyata keçirilir, 50-dən çox körpü, tunel, həqiqətən bənzərsiz bir layihədir. Qırmızı Körpüdən Sarpa 4 saatda insanlar gələ biləcəklər ki, bu da vətəndaşlarımızın yolunu xeyli azaldacaq və asanlaşdıracaq, əhalinin hərəkətliliyini asanlaşdıracaq. Şəhərlərin yenilənməsi layihələrinə də başladıq, yəni bütün bələdiyyələrdə Avropa tipli mərkəzlər qurmaq istəyimi nəzərdə tuturam. Tədricən hər bir şəhəri, bələdiyyəni Avropa tipli, Avropa səviyyəli şəhərlərə və bələdiyyələrə çevirməliyik və sonra bu inkişafı hər kəndə aparmalı, yeni turizm yerləri yaratmalıyıq. Bu il 500 mln. bu istiqamətdə xərclənəcək, bütün şəhərlərdə Avropa mərkəzi qurulacaq və şəhər yenilənməsi layihəsi inkişaf edəcək, davam edəcək. Mənim göstərişimlə bütün bələdiyyələrdə həm yerli, həm də xarici turistlərin cəlb edilməsi üçün yeni turizm yerləri və attraksionlar yaradılacaq. Həmçinin daha çox istirahət məkanı, daha çox park, uşaqlarımız, tətil edənlər, yerli sakinlər üçün daha çox əyləncə yerləri. Bütün bunları yaxşı bilirik, nə etməli olduğumuzu bilirik, amma hələlik əngəlimiz rəqiblərimizin yaratmağa çalışdıqları təxribat, davamlı xaos və sabitliyin pozulmasıdır. Heç kimə bunu etməyə icazə verməyək. İnkişafın qarşısında heç kim dayana bilməz. İrəli gedirik, mütləq davam edəcəyik və bu işi sona çatdıracağıq", - Baş nazir bildirib.


