02 
May
2020
00:25
13156

Bolnisinin kəndində covid-19-a yoluxan şəxsləri aparmaqa gələndə qarşıdurma yaranıb - VİDEO

Bolnisi Bələdiyyəsinin Muşavani (Dəllər) kəndində qarşıdurma baş verib.

InterPress.ge-nin məlumatına görə, tibb işçiləri, hüquq-mühafizə orqanları və merin kənd üzrə nümayəndəsi koronavirus yoluxmuş xəstələri klinikaya aparmaq üçün gələndə qarşıdurma baş verib.

Məlumata görə, sakinlər təcili tibbi yardım həkimləri və polis əməkdaşlarına müqavimət göstəriblər. Qarşıdurma zamanı Bolnisinin icra başçısının kənd üzrə nümayəndəsinin avtomobili daşa tutulub.

Gürcüstan Parlamentinin Bolnisi majoritar millət vəkili Gogi Meşvelianinin sözlərinə görə, Muşavani kəndində baş verən hadisədə heç kim xəsarət almayıb.

Meshvelianinin verdiyi məlumata görə, hadisəyə qarışan gənclər sərxoş olublar.

Onun sözlərinə görə, merin kənd üzrə nümayəndəsinin maşını zərər görsədə, təcili yardım həkimləri və hüquq mühafizə orqanlarının əməkdaşları xəsarət almayıblar.

Eyni zamanda, Gogi Meshveliani, koronavirusa yoluxmuş xəstələrin kənddə qaldığını, lakin onlarla danışıqlar aparıldığını bildirir.

DİQQƏT! Videoda söyüş var!.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər