02 
May
2020
21:22
1764

Natia Mezvrişvili: "Təhsil prosesinin bərpası planlanmır"

"Bizdə ailə strukturları elədir ki, bəzən bir ailədə faktiki olaraq, bir neçə nəsil yaşayır, ona görə də bu ailələrdən şagirdlərin və tələbələrin məktəbə və universitetə getmələri müəyyən risklərlə bağlıdır".

InterPress.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə iqtidar adminisyasiyasının rəhbəri Natia Mezvrişvili bildirib.

Onun dediyinə görə, qeyd olunan faktlar nəzərə alınaraq, təhsil prosesinin sentyabr ayına qədər bərpa olunması müzakirə olunmur.

“Sadəcə olaraq, tələbələr üçün praktika fəaliyyəti ilə bağlı təhsil prosesinə izin verilə bilər. Məsələn, laboratoriya tədqiqatlarına, çünki praktika fəaliyyətini fiziki iştirak olmadan aparmaq mümkün deyil. Hazırda bu məsələləri müzakirə edirik” – dedi Natia Mezvrişvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər