03 
May
2020
19:21
1966

İki avtomobilin yarışı ölümlə nəticələndi: Bir nəfər ölüb, iki nəfər yaralanıb

Batumi Bulvarında iki avtomobilin yarışı ölümlə nəticələnib.

InterPress.ge xəbər verir ki, bu barədə Acarıstan televiziyası məlumat verib.

Kanalın məlumatına görə, bir gənc hadisə yerində ölüb, digər iki nəfər isə ağır yaralanıb. Gənclər şəhərdəki xəstəxanaya aparılıb.

Yaralılardan biri Batumi Tibb Mərkəzinə çoxsaylı sınıq ilə reanimasiyaya yerləşirilib. Onun səhhəti son dərəcə ağır kimi qiymətləndirilir.

İkinci zərərçəkən Medalfa klinikasına aparılıb, onunda vəziyyəti ağır oıduğu bildirilir.

Daxili İşlər Nazirliyi, Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin altıncı hissəsinə - ölümlə nəticələnən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə istintaq başladıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər