Kaxeti bölgəsində dolu yağması səbəbindən zərərçəkmiş əhaliyə birdəfəlik maddi yardım göstəriləcək
26 avqust və 2 sentyabr tarixlərində Kaxeti bölgəsində dolu səbəbindən məhsulu tamamilə məhv olmuş əhaliyə birdəfəlik yardım veriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təssərüfatı Nazirliyi məlumat yayır.
Məlumata görə, birdəfəlik yardımın məbləği hər hektar üçün 3000 lari olaraq təyin olunur və məhsulu 100% zərər görmüş və artıq 3000 GEL almış fermerlərə dövlət qalan fərqi, yəni 2000 larini ödəyəcək.
Üzümçülük kadastr sistemində qeydiyyata alınan fiziki şəxsə cari ilin 10 sentyabr tarixinə qədər təhil verdiyi üzüm üçün alacağı və ya aldığı pulun və birdəfəlik yardımın miqdarı 60 000 larini keçməməlidir.
Kaxeti bölgəsində dolu yağmasından zərər çəkən əhali birdəfəlik yardım üçün Kənd İnkişaf Agentliyinin Kaxeti Regional Xidmət və Bələdiyyə Mərkəzlərinə müraciət etməlidirlər. Ərizədə üzüm bağlarına dəyən ziyan, üzüm bağı kodları (üzüm bağı kadastrı arayışından), fiziki şəxsin adı, soyadı və pasport nömrəsi və əlaqə məlumatları olmalıdır. Birdəfəlik yardım almaq üçün fiziki şəxsin zərər görmüş üzüm bağı Milli Şərab Agentliyinin üzümçülük kadastr sistemində qeydiyyatda olmalıdır.
Kaxeti bölgəsində dolu təsirindən əziyyət çəkən əhaliyə birdəfəlik yardım göstərmək üçün, təsirlənmiş bələdiyyələrin meriyalarında yaradılan işçi qrupları, Kənd İnkişaf Agentliyinə müraciət əsasında üzüm bağlarını yerində yoxlayacaqlar, dolu nəticəsində üzüm bağına ziyan dəyməsi, məhsulun olmaması və yoxlama aktı tərtib edəcəklər.
Təsirə məruz qalan bələdiyyələr, Kənd İnkişafı Agentliyinə, yoxlama hesabatında dolu nəticəsində zərərçəkmiş və məhsulunun olmaması faktını təsdiqlədiyi şəxslərin siyahısını göndərəcək. Zərərçəkənlərin siyahısı və ödəniləcək məbləğ müəyyən edildikdən sonra birdəfəlik yardım veriləcək. "Liberty Bank"ın Gürcüstanda ən böyük əhatə dairəsinə malik olması və artıq müxtəlif subsidiya layihələrinin həyata keçirilməsində Kənd İnkişaf Agentliyi ilə uğurla əməkdaşlıq etməsi səbəbindən fermerlər "Liberty Bank" vasitəsilə birdəfəlik maliyyə yardımı alacaqlar. Üzüm bağı sahiblərinə yardımı almaq üçün pulsuz plastik bank kartları veriləcək və pulları bu kartlar vasitəsilə alacaqlar.


