09 
Sen
2021
10:07
982

Dünyanın ən yaxşı şəhərləri məlum oldu

Britaniyanın “TimeOut” jurnalı dünyanın ən yaxşı şəhərlərinin siyahısını tərtib edib.

InterPress.ge xəbər verir ki, reytinq 27 min nəfərin iştirak etdiyi sorğunun nəticələri əsasında hazırlanıb.

ABŞ-ın Kaliforniya ştatındakı San-Fransisko şəhəri proqressivliyi, çox sayda rahat parkları və siləqəli duracaq yerlərinə görə respondentlər tərəfindən dünyanın ən yaxşı şəhəri olaraq seçilib.

Rəyi soruşulanların xeyli hissəsi ekoloji üstünlüyünə görə Amsterdam (Niderland) və mədəni gecə həyatına görə Mançesterin (İngiltərə) də adlarını çəkiblər. Nəticədə, bu iki şəhər siyahıda ikinci və üçüncü yerləri bölüşdürüb.

Həmçinin, reytinqin ilk onluğuna Kopenhagen (Danimarka), Nyu-York (ABŞ), Monreal (Kanada), Praqa (Çexiya), Təl-Əviv (İsrail), Porto (Portuqaliya) və Tokio (Yaponiya) daxil olub.

Qeyd edək ki, bütövlükdə siyahıda 37 şəhər yer alıb.

Bizimlə əlaqə saxlayın