03 
May
2020
23:53
7278

Savalan Mirzəyev: "Kim olur olsun bizə qarşı təhqiramiz ifadə işlədən qanunla cəzalandırılmalıdır"

"Kim olur olsun bizə qarşı təhqiramiz ifadə işlədən hərkəs qanun qarşısında cəzalandırılmalıdır"

InterPress.ge xəbər verir ki, bu barədə parlament deputatı Savalan Mirzəyev Əlyazmalar Mərkəzinin rəhbəri Zaza Abaşidze-nin soydaşlarımıza qarşı işlətdiyi ifadələrə münasibət bildirərkən deyib.

Mirzəyev qeyd edib ki, Zaza Abaşidzenin Gürcü Arzusu partiyası ilə necə bir əlaqəsi olduğunu bilmir və onu ilk dəfədir görür.

"Kimliyindən aslı olmayaraq bizə qarşı təhqiramiz ifadələr işlədən hərkəs qanun qarşısında cəzalandırılmalıdır. Həmin şəxsi mən ilk dəfədir görürəm, Gürcü Arzusu partiyası ilə nə cür əlaqəsi olduğunu bilmirəm, partiyamızda onu görməmişəm, ancaq kim olur olsun bu cür ifadələrə yol verilməməlidir. Bununla bağlı mən lazımı yerlərə məlumat vermişəm və ciddi tədbirlər görülməyini tələb etmişəm", - deyə Savalan Mirzəyev xəbər portalmıza müsahibəsi zamanı bildirdi.

O, eyni zamanda bir tək bu şəxslə deyil bir neçə şəxlər tərəfindən sərt ifadələr işlədildiyini şahid olduğunu bildirib və bu haqdada lazımi orqanlara məlumat verildiyini bildirib.

"Bir tək bu şəxs deyil, bundan başqa bəzi şəxlərlə bağlıda lazimi yerlərə müraciət edib, bu şəxlər haqqında gərəkən tədbirləri görülməyini tələb etmişəm",- dedi Savalan Mirzəyev.

Qeyd edək ki, ötən gün Əlyazmalar Mərkəzinin rəhbəri, Zaza Abaşidze "Facebook" sosial şəbəkəsi vasitəsiylə paylaşdığı statusunda, soydaşlarımıza qarşı "Marneulidə onları kənddə saxlamalı və onları qırmaq lazımdır" deyə təhqiramiz ifadələrə işlədib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər