10 
Okt
2021
10:52
825

Son 24 saat ərzində koronavirusa yoluxma sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 490 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 634 053 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 056 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 600 524 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 25 nəfər ölüb və ölənlərin ümumi sayı 9 246 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın