13 
Okt
2021
17:45
3818

Əhalinin bir hissəsi kommunal ödənişlərindən azad olacaq

Hədəf qrupları üçün kommunal ödənişlər üzrə subsidiyanın bir hissəsi saxlanılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan maliyyə nazirinin müavini Qiorqi Kakauridze bildirib.

Onun sözlərinə görə, əhalinin ən həssas sosial təbəqəsi olmayan hissəsi üçün, pandemiya olmayan dövrdə elektrik tarifini subsidiyalaşdırmaq əsassızdır.

“Bildiyiniz kimi, elektrik tarifləri də daxil olmaqla subsidiya ilə bağlı qərar kovid pandemiyası səbəbindən verildi. Digər şərtlərdə, əhalinin bütün təbəqələri üçün tarif subsidiyaları haqqında danışmaq düzgün deyil. Hədəf qrupları haqqında müzakirə apara bilərik və subsidiyanın bir hissəsinin qorunub saxlanılacağına zəmanət veririk. Ən həssas sosial təbəqə olmayan əhalinin qalan hissəsi üçün, pandemiya olmayan dövrdə elektrik tarifini subsidiyalaşdırmağı əsassız hesab edirəm", - deyib Qiorqi Kakauridze.

Bizimlə əlaqə saxlayın