15 
Okt
2021
14:48
1705

Gürcüstanda yaşayış minimumu azaldı

2021 -ci ilin sentyabr ayında bir əvvəlki ayla müqayisədə yaşayış minimumu 4.8 lari azalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin hesabatında qeyd olunub.

Məlumata görə, ötən ay əmək qabiliyyətli kişilərin yaşayış minimumu 216,3 lari, 2021 -ci ilin avqustunda isə 221,1 lari olub. 2020 -ci ilin eyni dövrü ilə müqayisədə, iyul ayında əmək qabiliyyətli kişilərin yaşayış minimumu 37,1 lari artıb. Ötən ilin sentyabr ayında yaşayış minimumu 184 lari olub.

Eyni zamanda, Geostat -ın yaydığı məlumata görə, sentyabr ayında avqust ayı ilə müqayisədə orta istehlakçının yaşayış minimumu 4,2 lari azalaraq 195,8 lari əvəzinə 191,6 lari təşkil edib. 2020 -ci ilin eyni dövrünə gəldikdə, keçən ilin sentyabr ayında orta istehlakçının yaşayış minimumu 162,9 lari olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər