24 
Okt
2021
09:39
3699

Ağ turpun faydası

Bu tərəvəz nadir xüsusiyyətlərə malikdir. Fitonsidlərlə zəngin olan ağ turp immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

Bu səbəbdən qış aylarında ağ turpu öz qidalanmanıza daha tez-tez daxil edin. Turpdan çox sadə və eyni zamanda dadlı və faydalı salatlar hazırlaamaq olar.

Bunun üçün sürtgəcdən keçirilmiş turp, kök və xırda doğranmış cəfəri qarışdırılır. Salata duz və istiot (zövqə görə) vurulur və yaxşı qarışdırılır. Daha sonra zeytun yağı əlavə olunur və salat yenə də yaxşı qarışdırılır. Fantaziyanıza görə digər ingrediyentlərdən də istifadə edə bilərsiniz (xiyar, kələm, göbələk, alma və s.), həmçinin salata xama da əlavə etmək olar.

Ağ turp həmçinin müxtəlif vitaminlər (B qrupu, C, E, PP), mikroelementlər (kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s.), aminturşular, fermentlər və s. faydalı maddələrlə zəngindir.

Öskürək və bronxit xəstəlyi zamanı ağ turpun şirəsi çox yaxşı müalicəvi effekt verir. Axşamdan turpun içini oyun və oyuğa bal tökün. Səhər isə alınmış şirəni qəbul edin. Bu şirə çox effektli bəlğəmgətirici və iltihabəleyhinə təsir edir. Əgər sizdə bala allergiya varsa, şəkər tozundan istifadə edin.

Ağ turp həzm proseslərini sürətləndirir, iştahanı artırır, qəbizliklə mübarizə edir. Lakin mədə-bağırsaq sistemi ciddi pozulmaları zamanı (xüsusilə kəskinləşmə dövründə) turpu qəbul etmək tövsiyə edilmir. Turp həmçinin köpə səbəb ola bilər. Bu səbəbdən köpə meyilli olan insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.

Turp ödqovucu və sidikqovucu təsirlərinə malikdir.

Bizimlə əlaqə saxlayın