Ədliyyə naziri: "Zərurət yaranarsa, Mixail Saakaşvili çoxprofilli klinikaya yerləşdiriləcək"
"Zərurət yaranarsa, Mixail Saakaşvili çoxprofilli klinikaya yerləşdiriləcək".
InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə naziri Rati Breqadze məlumat verib.
Onun sözlərinə görə, şurada mülki klinikadan söhbət getməyib.
"Şuranın çıxardığı son nəticə tövsiyə xarakteri daşıyır. Əgər çoxfunksiyalı klinikaya yerləşdirilmək zərurəti yaranarsa, oraya yerləşdiriləcək, bəzi televiziya nümayəndələrinin, o cümlədən rəqiblərimizin bizi ittiham etdiyi mülki klinikadan danışmamışıq. Çoxprofilli klinika mülki klinika demək deyil, yalanla məni ittiham edəndə şəxsən siz ictimaiyyəti aldadırısınız", - Breqadze bildirib.
Xatırlatmaq istərdik ki, Gürcüstanın üçüncü prezidenti artıq 25-ci gündür ki, Rustavi 12-ci Cəzaçəkmə Müəssisəsində həbsdədir. Mixail Saakaşvili həbs olunduğu gündən aclıq aksiyası keçirir.


