.jpg)
Parlament “Yol hərəkəti haqqında” Gürcüstan qanununa dəyişiklikləri qəbul etdi
Parlamentin plenar iclasında “Yol hərəkəti haqqında” Gürcüstan qanununa dəyişikliklər üçüncü oxunuşda müzakirə edilib və 81 səslə qəbul olunub.
InterPress.ge xəbər verir ki, 28 mart 2022-ci il tarixindən etibarən sürücülük vəsiqəsi olmadan moped və yüngül kvadrosikllərin idarə edilməsi qadağan ediləcək.
Qanun layihəsinə əsasən, avtomobillərin yeni kateqoriyası - mopedləri və yüngül kvadrosiklləri əhatə edən AM kateqoriyası əlavə olunur. Həmçinin nəqliyyat vasitələrinin mövcud kateqoriyalarına - A2 alt kateqoriyası da əlavə olunur ki, bu da, gücü 35 kVt-dan çox olmayan və güc / çəki nisbəti 0,2 kVt / kq-dan çox olmayan motosikleti əhatə edir.
Bundan əlavə, 2022-ci il martın 28-dən moped və yüngül kvadrosikllərin qeydiyyatı məcburi olacaq.