17 
Nybr
2021
11:18
970

Pensiyaların artırılması ilə bağlı maliyyə naziri açıqlama verdi

2022-ci ildə əhalinin pensiya təminatına 2 milyard 885 milyon lari ayrılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə maliyyə naziri Laşa Xuçişvili parlamentin iclasında 2022-ci ilin büdcə layihəsinin yenidən hazırlanmış variantını təqdim edərkən bildirib.

Onun qeyd etdiyinə görə, gələn il yaşı 70-ə qədər olan pensiyaçıların pensiyasının 20 lari artırılması nəzərdə tutulur və yanvarın 1-dən onların pensiyası 260 lari olacaq.

"Dağlıq yaşayış məntəqələrində yaşayan pensiyaçılar üçün orada mövcud olan əlavələr nəzərə alınmaqla, pensiya 312 lari olacaq. 70 və yuxarı yaşda olan pensiyaçıların pensiyası 25 lari artırılır və 300 lari təşkil edəcək, yüksək dağlıq yaşayış məntəqələrində eyni kateqoriyadan olan insanların pensiyası isə 360 lari olacaq", - deyə maliyyə naziri Laşa Xuçişvili bildirib.

Bizimlə əlaqə saxlayın