İrakli Kobaxidze Mixeil Saakaşviliyə çağırış etdi
"Mixeil Saakaşvilini destruksiyanı, aclığı dayandırmağa və bu ölkəni rahat buraxmağa çağırıram. Düşünürəm ki, o, indi oturduğu yerdə ən azı 6 il istirahət edəcək".
InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Kobaxidzenin qeyd etdiyinə görə, müxalifət ictimaiyyətin dəstəyinə malik deyil.
"Siyasətdə uğur - seçkidə uğur və küçədə uğur eyni şeyə, xalqın dəstəyinə ehtiyac duyur. Əvvəldən deyirdik ki, onlar xalq tərəfdən dəstəyə malik deyillər və bunu özləri də görürlər. Ona görə də radikal addımlara keçirlər. Mən onları və ilk növbədə Strasburqun çağırışını bir həftədən artıqdır yerinə yetirməyən Mixeil Saakaşvilini destruksiyanı, aclığı dayandırmağa və bu ölkəni rahat buraxmağa çağırıram. Düşünürəm ki, o da, indi oturduğu yerdə ən azı 6 il istirahət edəcək", - deyə o söyləyib.
Müxalifətin ölkənin kursunun dəyişməsi ilə bağlı açıqlamalarına gəlincə, Kobaxidze bunun spekulyasiya olduğunu deyib.
“Bunlar liderləri təkcə konkret diplomatları və siyasətçiləri, Qərb tərəfdaşlarımızı və institutları Mixeil Saakaşvilinin tamadalığı ilə təhqir edən insanlardır. Saakaşvilinin, Melianın, Qvaramianın və s. açıqlamalarını xatırlayırsınız. Onlar özlərindən uyduraraq kursun dəyişməsindən danışanda bu, boş spekulyasiyadır və mən onları bu cür spekulyasiyalara son qoymağa çağırıram”, - Kobaxidze bildirib.


