27 
Nybr
2021
15:49
635

Taksilərdə və qayıqlarda siqarət çəkmək qadağan edilir

“Tütünə nəzarət haqqında” qanun layihəsinə əsasən taksilərdə siqaret çəkmək qadağan edilir.  

InterPress.ge xəbər verir ki, yetkinlik yaşına çatmayan uşaq avtomobillə aparılırsa, avtomobildə tütün çəkmək qadağan olunur.

Bütün bunlarla yanaşı, siqaret qadağası qayıq kimi nəqliyyat vasitələrinə də aiddir.

“Tütünə nəzarət haqqında” dəyişiklik layihəsi artıq hazırdır və Parlament Bürosunun növbəti iclasında müzakirə olunacaq.

Qanun pozuntusuna yol verildiyi təqdirdə taksi və qayıq sürücüləri 200 lari cərimələnəcək, azyaşlını şəxsi avtomobillə apararkən siqaret çəkməyə görə isə 50 lari cərimə tətbiq olunacaq.

Bundan əlavə, qanun layihəsində bu hərəkətlərin ikinci, üçüncü dəfə və daha çox təkrarlanmasına görə cərimələrin ikiqat artırılması nəzərdə tutulur.

Layihənin müəllifləri Səhiyyə Komitəsinin sədri Dimitri Xundadze və birinci müavini Lado Kaxadzedir.

 

Bizimlə əlaqə saxlayın