17 
May
2020
20:35
1715

Gürcüstanda ticarət mərkəzlərində istilik necə ölçüləcək? Açıqlam

"Ticarət mollarının qarşılamaları gərəkən tələblər artıq razılaşdırılıb".

InterPress.ge xəbər verir ki, bu barədə Əmək Şəraitinin Təftişi İdarəsinin rəhbəri, Beka Pheradze bildirib.

Onun sözlərinə görə, mollarda hazırlıqlar artıq başlayıb.

“Yəqin ki, ticarət molları ilə bağlı sabah yekun sənədi qəbul edəcəyik. Molların nümayəndələri ilə bir neçə dəfə görüşdük və faktiki olaraq deyə bilərik ki, qarşılamaları gərəkən bütün istəklərlər bağlı razılaşmışıq” - deyə Beka Pheradze bildirib.

Onun sözlərinə görə, söhbət mollarda video skrininqin istifadəsindən gedir.

O, sahə nümayəndələri ilə konstruktiv dialoqun baş tutduğunu bildirib.

“Gözləntilərimiz var ki, sənədi sabah təsdiqləyəcəyik və tezliklə işləri həyata keçirmək hüququ qazanacaqlar. Təbii ki, onlar Gürcüstan hökumətinin müvafiq qətnaməsi ilə bu hüququ əldə etməlidirlər. Biz bu sənədi onlarla birlikdə hazırladıq və tələblərin nə olduğunu əvvəlcədən bilirlər. Artıq hazırlıqlara başlayıblar. Bir neçə texniki detal dəqiqləşdiriləsidir, dəqiqləşdiriləcək və sabah təsdiqlənəcək” - deyə Beka Pheradze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər