01 
Dek
2021
19:13
260

Narkotik qaçaqmalçıları üçün cəza sərtləşdirilir

Gürcüstan parlamenti Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihələrini təsdiqləyib. 

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatı yayır.

 Qanunvericiliyə edilən dəyişiklik nəticəsində narkotik qaçaqmalçılarına qarşı cəza tədbirləri xeyli sərtləşdirilib.

"Dəyişikliyə əsasən, narkotik vasitənin satışına görə minimum cəza 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Külli miqdarda narkotik vasitələri satdıqda isə cinayəti törədən şəxs 12 ildən 17 ilədək, xüsusilə külli miqdarda törədildikdə isə- 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası təyin ediləcək.

Həmçinin qanunvericiliyə edilən dəyişikliklər nəticəsində psixotrop maddənin, onun analoqunun və ya təsirli təsir göstərən maddənin qanunsuz satışına görə cəza sərtləşdirilib.

Dəyişikliyə əsasən, psixotrop maddənin satışı 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası idi. Bu maddəni külli miqdarda satdıqda - 5 ildən 9 ilədək, xüsusilə külli miqdarda olduqda isə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinə əlavə olaraq, polis işinin səmərəliliyini artırmaq məqsədi daşıyan Gürcüstanın “Polis haqqında” qanununa da əlavələr ediləcək. Dəyişikliyə əsasən, polis xüsusi elektron proqram vasitəsilə şəxsin yerindəcə şəxsiyyətini müəyyənləşdirə və onun Nazirliyin vahid informasiya-analitik məlumat bazalarında məlumatlarını yoxlaya biləcək. Bu elektron proqram məlumatların təhlükəsiz saxlanmasını və onların qeyri-qanuni istifadədən qorunmasını təmin edir", - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər