12 
Dek
2021
09:49
945

Axalkalakidə orta yaşlı kişi 4 nəfəri yaraladı

Axalkalakidə orta yaşlı kişi 4 nəfəri yaralayıb.

InterPress.ge xəbər verir ki, yaralananlar arasında 8 aylıq uşaq da var.

Yaralılar klinikaya yerləşdirilib və hazırda onların həyatları üçün təhlükə yoxdur.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd etməyi nəzərdə tutan 19-108-ci maddəsi ilə araşdırma aparılır.  

Hücum edən şəxs artıq saxlanılıb.

Bizimlə əlaqə saxlayın