15 
Dek
2021
11:27
738

Milli Statistika Agentliyi məlumat yayır

2021-ci ilin noyabr ayında əvvəlki ayla müqayisədə yaşayış minimumu 0,5 lari azalıb.

InterPress.ge xəbər verir ki, Milli Statistika Agentliyi bu gün yaşayış minimumunu yeniləyib.

Milli Statistika Agentliyinin məlumatına görə, ötən ay əmək qabiliyyəti yaşda olan insan üçün yaşayış minimumu 223,7 lari olduğu halda, 2021-ci ilin oktyabr ayında bu rəqəm 224,2 lari olub.

2020-ci ilin eyni dövrü ilə müqayisədə noyabr ayında əmək qabiliyyətli insanlar üçün yaşayış minimumu 34,7 lari artıb. Ötən ilin oktyabrında yaşayış minimumu 189,5 lari olub.

Araşdırmada o da qeyd olunur ki, noyabrda “orta istehlakçı”nın yaşayış minimumu ildə 30,2 lari artaraq 198,1 lari olub.

Gürcüstanda yaşayış minimumu minimum ərzaq səbəti əsasında hesablanır.

Bizimlə əlaqə saxlayın