18 
Dek
2021
12:50
553

Ğaribaşvili: "Bu gün bu çox kəskin və mühüm problemdir"

"Mənim göstərişimlə atılacaq daha bir addım psixotrop dərmanların satışına ciddi nəzarət etmək olacaq".

InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin fəaliyyəti haqqında 2021-ci il hesabatını təqdim edərkən bildirib.

Baş nazirin qeyd etdiyinə görə, bu gün bu, çox kəskin və mühüm problemdir və mütləq həllini tapacaq.

“Biz həmçinin dərman vasitələrinin qiymətlərinin artırılmasına yanaşmanın dəyişdirilməsi və vətəndaşların dərman vasitələrinə cibindən çəkdiyi xərclərin azaldılması məqsədilə əczaçılıq bazarını tənzimləməyi planlaşdırırıq. Biz bu istiqamətdə bizneslə danışmağa başlamışıq və əhalimiz tezliklə dəyişiklikləri görəcək.

Hökumətimizin əsas prioritetlərindən biri insan hüquqlarının qorunmasıdır. Gələn ildən parlamentə insan hüquqlarının ən yüksək standartını gücləndirmək məqsədi daşıyan yeni insan hüquqları strategiyası təqdim olunacaq”, - deyə İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər