27 
Dek
2021
11:43
411

Yeni səhiyyə naziri məlum oldu

Zurab Azaraşvili Gürcüstanın yeni səhiyyə naziri olacaq. 

InterPress.ge xəbər verir ki, yeni səhiyyə nazirini baş nazir İrakli Ğaribaşvili təqdim edib.

Zurab Azaraşvili indiyədək müdafiə nazirinin müavini olub.

"Bildiyiniz kimi, Eka Tikaradze istefa verdi. Mən ilk növbədə ona gördüyü işlərə görə təşəkkür edirəm və uğurlar arzulayıram. Bu gün biz yeni nazir, işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər naziri Zurab Azaraşvilini təqdim edirik. Zurab Azaraşvili biznesin idarə edilməsi üzrə magistrdir, maliyyə idarəçiliyində böyük təcrübəsi var, çox yaxşı menecerdir, biz bunu sınaqdan keçirdik və əmin olduq, mən müdafiə naziri olanda Zura Azaraşvili "Delta" və "Tbilaviamşeni"yə rəhbərlik edirdi. Onun bilavasitə rəhbərliyi altında Gürcüstan aviasiyasının bərpası kimi bir sıra mühüm layihələr, eləcə də müdafiə qüvvələrimizin və hərbi sənayemizin gücləndirilməsi ilə bağlı bir çox digər layihələr həyata keçirildi.

Zura çox düzgün, savadlı insandır, həkim ailəsində böyüyüb, o, əlbəttə ki, ölkəmizin və əhalimizin qarşısında duran çətinliklərdən yaxşı xəbərdardır və Zuraya uğurlar arzulayıram, 5 uşaq atasıdır, məncə Zura uğurlu nazir olacaq. Bu yerdə qeyd etmək istərdim ki, belə bir böyük nazirliyin idarəçiliyinə belə təcrübəli kadrın nazir təyin edilməsi çox qədər vacibdir, çünki bütün nazirliyin büdcəsi təxminən 6 milyard laridir, bu, bütün büdcənin üçdə birini təşkil edir və təbii ki, bu sahədə çox təcrübəli kadrlara ehtiyacımız var və hesab edirəm ki, cənab Zura belədir", - İrakli Ğaribaşvili bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər