İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavə olundu
Gürcüstanın tərəfdaş ölkələrinin və beynəlxalq təşkilatların simvollarının təhqir edilməsi cəzalandırılacaq.
InterPress.ge xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər parlament tərəfindən birinci oxunuşda - 2 əleyhinə 83 lehinə səslə qəbul edilib.
Söhbət 5-6 iyul mitinqlərində parlamentin qarşısında qaldırılan Aİ bayrağının iki dəfə götürülüb cırılması faktından sonra hazırlanan qanun layihəsindən gedir.
Layihəyə əsasən, Avropa İttifaqının rəsmi simvolu olan Şimali Atlantika Müqaviləsi Təşkilatı, eləcə də Gürcüstanın üzvü olduğu digər beynəlxalq təşkilatın rəsmi simvolu təhqir edən şəxs inzibati məsuliyyətə cəlb olunacaq.
İnzibati Xətalar Məcəlləsinə xüsusi maddə əlavə edilib. Maddəyə görə, bu hərəkət fiziki şəxs üçün 1000 lari məbləğində cərimə ilə, eyni əməlin təkrarlanması 15 günə qədər həbs və ya 2000 lari məbləğində cərimə ilə nəticələnəcək.


