04 
Yan
2022
09:14
4354

“Tesla” 2021-ci ildə elektrik avtomobil satışında rekord qırdı

2021-ci ilin dördüncü rübündə Tesla Inc. 308 min elektrik avtomobili satıb ki, bu da yeni rekord olub.

Ümumilikdə, şirkət son bir il ərzində tədarükləri təxminən iki dəfə artıraraq 936 min elektrik avtomobilini bazara çıxarıb. Göstəricilər isə analitiklərin proqnozlarından da yaxşı olub. Tədarüklərə görə əvvəlki rekord (241,3 min avtomobil) 2021-ci ilin üçüncü rübündə qeydə alınıb.

Dördüncü rübdə iki elektrik avtomobil modeli – “Model 3” sedanı və “Model Y” yolsuzluq avtomobili ən çox satılıb. Ümumilikdə, bu avtomobillərdən 911 209 ədədi bazara çıxarılıb.

Üçüncü rübdə şirkətin gəliri 57% artaraq 13,8 milyard dollara (23,5 milyard manat) çatıb. Xalis mənfəəti təxminən 5 dəfə artaraq 1,6 milyard dollar (2,7 milyard manat) təşkil edib ki, bu da rekord göstəricidir.

Bizimlə əlaqə saxlayın