20 
Yan
2022
20:17
2940

Yoluxucu xəstəliklər xəstəxanasının direktoru "Omikron" un əlamətlərindən danışdı

"Omikron burun axması, boğaz, baş ağrısı və zəiflik kimi simptomlarla başlayır. Gücləndirici doza vurduranlar isə koronavirusun bu növündən nadir hallarda əziyyət çəkirlər.

InterPress.ge xəbər verir ki, bu barədə yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Çerçvadze bildirir.

Çerçvadzenin jurnalistlərə verdiyi məlumata görə, əgər xəstədə "PCR" testlə koronavirus təsdiqlənməsə, ancaq simptomlar varsa, həkim şəxslə koronavirusu xəstəsi kimi rəftar etməlidir.

“Sürətli testlər bəzi hallarda, əsasən xəstəliyin ilk günündə, az hallarda Omikronu tuta bilmir. Buna görə də PCR testinə üstünlük verilir. Koronavirus əlaməti olan bütün xəstələr, kovid xəstəsi olmasalar belə və hər hansı soyuq tənəffüs yoluxucu xəstəlikləri varsa da, mütləq tez müayinədən keçməli və PCR test etməlidirlər. Sürətli test xəstəliyin ikinci - üçüncü günündə cavabı bildirir.
Həkimlərə məsləhət görərdim ki, əgər xəstədə "PCR" testlə koronavirus təsdiqlənməsə, ancaq simptomlar varsa, həkim şəxslə koronavirusu xəstəsi kimi rəftar etməlidir"- Tengiz Çercvadze bildirir.

Çerçvadze "omikron"un simptomlarını sadalayır və qeyd edir ki, bu ştamm halında dad və qoxu itkisi nadir hallarda baş verir.

"Omikron daha tez-tez ürəkbulanma, burun axması, boğazda sıxılma- ağrı hissi, baş ağrısı, zəiflik kimi simptomlarla başlayır. Delta və digər ştatların fərqli simptomları olsada bunlar ilk əsas simptomlardır. Bununla belə, gələcəkdə Omikron zamanı Delta ilə eyni simptomlar inkişaf edə bilər. Ancaq dad və qoxu itkisi nadirdir, öskürək daha az intensiv olur və yüksək hərarət nisbətən nadirdir" - Tengiz Çerçvadze bildirib.

"Omikronun kütləvi şəkildə yayılmasına və bu ştamla peyvənd olunmuş insanların da xəstələnməsinə gəlincə, Çerçvadze deyir ki, bu ştam nadir hallarda gücləndirici vurduranlarda da olur.”, - Tengiz Çerçvadze bildirib.

Bizimlə əlaqə saxlayın