26 
Yan
2022
13:49
266

Hüquq Məsələləri Komitəsində MSK sədrliyinə namizədlər dinləniləcək

Sabah Hüquq Məsələləri Komitəsində Mərkəzi Seçki Komisiyasına (MSK) sədrliyinə namizədlər dinləniləcək.

lnterPress.ge xəbər verir ki, deputatlar MSK sədrliyinə namizədlər Tengiz Tevzadze və Giorgi Kalandarişviliyə suallar verəcəklər.

Qeyd edilir ki, əsas diqqət namizədlərin ixtisasına yönələcək.

Rati İonatamişvili bildirib ki, “Bu, təkcə deputatlar arasında deyil, ilk növbədə cəmiyyətdə mövcud olan istənilən maraqlı sualı vermək, əsaslı və ya əsassız cavablar almaq və arqumentativ qərar qəbul etmək üçün ən yaxşı imkanı yaradır”.

Tengiz Tevzadze və Giorgi Kalandarişvili prezident tərəfindən MSK sədrliyinə, Kristine Kajaia, Levan İsakadze, Maia Zaridze və Gia Tsatsaşvili isə komissiyaya namizəd kimi irəli sürülüb. MSK sədrinin beş il müddətinə seçilməsi üçün 100 deputatın dəstəyi lazımdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər