11 
Fev
2022
15:32
634

Pensiya krediti üzrə faizlər endiriləcək

Hökumət Aparatında pensiya krediti faizləri ilə bağlı görüş keçirilib. Komissiyanın iclasından sonra məlum olub ki, pensiya krediti üzrə faizlərin yuxarı həddi 26%-ə endiriləcək.

lnterPress.ge xəbər verir ki, bu barədə Hökumət Aparatı məlumat yayıb.

Zarkuanın qeyd etdiyinə görə, qərara əsasən, bir il müddətində dövlət pensiya bölgüsü xidmətində potensial qalib banka 15 milyon lari ödənəcək.

İclasdan sonra deputatların qeyd etdiyinə görə, fevralın sonunda banklar üçün müsabiqə elan olunacaq və orada pensiyaları hansı bankın paylayacağı müəyyənləşəcək. Onların sözlərinə görə, Liberty Bank və Gürcüstan Bankı bu mərhələdə maraqlarını ifadə ediblər. 

Eyni zamanda, Gürcü Arzusu partiyasından  olan deputat İrakli Zarkuanın da qeyd etdiyinə görə, təqaüdçü  istəsə təqaüdünü başqa bankdan ala biləcək.

“Dövlət pensiyalarının bölgüsündə potensial qalib olan banka 15 milyona yaxın vəsait veriləcək. Həm də yuxarı hədd aşağı salınacaq. Faiz təxminən  26 faiz daxilindədir. 

Təqaüdçülər üçün birbaşa olaraq ayrıca qaynar xəttin yaradılmasını Milli Bankdan xahiş etmək  vacib idi. Həmçinin, təqaüdçülərimizin başqa bankdan təqaüdlərini alacağı  təqdirdə bunu etmək imkanına malik olmaları vacibdir", - deyə  İrakli Zarkua bildirib.

Bizimlə əlaqə saxlayın