17 
Fev
2022
19:03
850

Maliyyə naziri yanacağın qiymətinin artacağı təqdirdə hökumətin atacağı addımdan danışdı

Yanacağın qiymətinin artımı davam edəcəyi təqdirdə hökumət sığorta mexanizmlərini hazırlaya bilər.

InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili qeyd edib.

Xuçişvilinin parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı bildirib ki, beynəlxalq bazarda yanacağın qiymətində kəskin artım müşahidə olunur ki, bu da geosiyasi vəziyyətlə bağlıdır.

“Yanacaq baxımından beynəlxalq bazarlarda həqiqətən də kəskin artımımız var ki, bu da bizim regionda və dünyada mövcud olan geosiyasi vəziyyətlə bağlıdır. Təbii ki, vergi siyasəti beynəlxalq bazarlarda qısamüddətli dalğalanmalara uyğunlaşdırıla bilməz, lakin nəzərəçarpacaq dərəcədə artan bu tendensiyaya nəzər salsaq, bu istiqamətdə sığorta mexanizmləri üzərində işləmək mümkündür. Qiymətlərin həm yuxarı həddini, həm də aşağı hissəsini sığortalamaq olar”, - deyə maliyyə naziri bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər